Şəxsin yazılı razılığı əsasında onun təqdim etdiyi müəyyən fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə daxil edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu məlumatlar telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədilə istifadə edilə bilər. Razılıq elektron formada, o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən də verilə bilər. Sistemlərə şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı kimi məlumatlar daxil edilə bilər. Yaşadığı və olduğu yer, ixtisası, iş yeri, fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar da razılıq əsasında daxil edilə bilər.