
İnformasiya texnologiyaları vasitəsilə fərdi məlumatların işlənilməsi nəticəsində qəbul edilən qərar subyektin mənafeyini pozduqda, subyekt buna etiraz edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu hüquq fərdi məlumatların məcburi qaydada toplanılması və işlənilməsinin qanunla nəzərdə tutulduğu hallar istisna olmaqla tətbiq edilir. Mülkiyyətçi və ya operator belə etiraz aldıqda məlumatların başqa üsulla işlənilməsinə subyektin razılığını almalıdır. Əks halda fərdi məlumatların işlənilməsi təxirə salınmadan dayandırılmalıdır. Bununla informasiya texnologiyaları əsasında qəbul edilən qərarların subyektin hüquqlarına mənfi təsir göstərməsinin qarşısının alınması məqsədi güdülür.
