Fərdi məlumatların toplanılması və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən edilmiş və bəyan olunmuş məqsədlər üçün toplanılmalıdır. Onların işlənilməsi də göstərilmiş məqsədlərə uyğun üsullarla həyata keçirilməlidir. Toplanılan məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçinin səlahiyyətlərinə uyğun olmalıdır.

