Vəkillərin İntizam Komissiyası vəkillər barəsində verilən şikayət və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlərin həlli üçün yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Komissiyanın səlahiyyət müddəti beş ildir.
Vəkillərin İntizam Komissiyası qanuna və Kollegiyanın ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə uyğun fəaliyyət göstərir.
Barəsində intizam icraatı aparılan vəkillər icraat zamanı qanun və Əsasnamə ilə müəyyən edilən hüquq və vəzifələrə malikdirlər.
Komissiyanın fəaliyyəti vəkillərin intizam məsuliyyəti ilə bağlı məsələlərin araşdırılması və müvafiq qərarların qəbuluna təqdim edilməsini təmin edir.

