Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti qeydiyyatı üçün sənədlər elektron sistemdən əldə edilə bilirsə, onların ərizəçidən tələb edilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda müvafiq dövlət orqanı həmin məlumatlardan istifadə edir.
Bu mümkün olmadıqda sənədlər ərizəçinin razılığı ilə sorğu əsasında dövlət orqanından tələb edilə bilər.
Ərizəçi belə sənədləri özü də təqdim edə bilər.
Qayda xarici avtomobillərin müvəqqəti dövlət qeydiyyatı və müvəqqəti uçota alınması prosesinə şamil edilir.