Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı ilə bağlı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada təqdim edilməsinə imkan yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanı bu məlumatların elektron qaydada verilməsi və yenilənməsi üçün lazımi imkanları təmin etməlidir.
Bu tələb fiziki şəxslərin qeydiyyat məlumatlarına, əlaqə vasitələrinə və sürücülük vəsiqəsinin nömrəsinə də aiddir.
Hüquqi şəxslər və dövlət qurumları üzrə isə nəqliyyat vasitəsinin sürücüsünün müvafiq məlumatları təqdim edilməlidir.
Belə imkanların yaradılması qeydiyyat məlumatlarının təqdim edilməsini və yenilənməsini asanlaşdırır.