Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması zamanı “bir pəncərə” prinsipi təşkil edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi də həmin prinsip əsasında həyata keçirilir. Qeydiyyatla bağlı bütün əsas hərəkətlərin fasiləsiz aparılması təmin edilməlidir. Nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı da bu proses çərçivəsində nəzərdə tutulur. Belə təşkilati mexanizm vətəndaşların müxtəlif prosedurlar üçün ayrı-ayrı qurumlara müraciət etməsinin qarşısını almağa yönəlib.