Yol hərəkəti təhlükəsizliyi sahəsində dövlət uçotu müvafiq dövlət qurumunun müəyyən etdiyi orqan tərəfindən təşkil edilir və həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət uçotu sistemi yol hərəkəti təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini təmin edir. Dövlət uçotunun aparılması, məlumat uçotlarından istifadə və hesabat məlumatlarının formalaşdırılması qaydaları müəyyən edilir. Bu qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə, yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumatların vahid qaydada toplanması və hesabatlaşdırılması təmin edilir.