Müvafiq dövlət orqanları yolların konkret sahələrini xüsusi tələblərə cavab verən müalicəxanalara təhkim edirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu müalicəxanalar mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmalı, müayinə və müalicə imkanlarına malik olmalıdır. Onlar həmçinin aidiyyəti dövlət orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olmalıdırlar. Müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək üçün lazımi tədbirlər görməlidirlər. Hadisə nəticəsində zərər çəkən şəxslərə zəruri tibbi yardımın göstərilməsi də onların vəzifələrinə daxildir.