Nəqliyyat vasitəsinin sürücüsünü işə götürən fiziki və hüquqi şəxslərin müəyyən öhdəlikləri var. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. İşəgötürən sürücünün yol-nəqliyyat hadisələrindən sığortalanmasını təşkil etməlidir. Həmçinin sürücünün işi qanunvericiliyə, əmək və istirahət rejiminə uyğun təşkil olunmalıdır. Sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsinin azaldılması üçün lazımi tədbirlər görülməlidir. Bu tələblər sürücülərin sağlamlığının qorunmasına və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə yönəlib.