Yol hərəkəti yollarda təmir və abadlaşdırma işləri aparıldıqda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Təbii fəlakət, qəza və digər fövqəladə hadisələr zamanı da belə tədbirlər görülə bilər. Yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda hərəkətin məhdudlaşdırılmasına yol verilir. Hava-iqlim şəraitinin xeyli pisləşməsi və qanunla müəyyən edilmiş hallarda kütləvi tədbirlərin keçirilməsi də əsaslar sırasındadır. Həmçinin dini ekstremizmə qarşı xüsusi əməliyyat, hərbi vəziyyət və tarixi-mədəni abidələrin qorunması ilə bağlı müəyyən edilmiş hallarda hərəkət məhdudlaşdırıla bilər.