Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə vahid elektron informasiya ehtiyatı yaradılır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının inteqrasiyası əsasında yaradılır. Qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemləri və ehtiyatları da bu elektron sistemə inteqrasiya edilir. Ehtiyat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Bu elektron mexanizm qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsi üçün informasiya bazasının formalaşdırılmasına imkan verir.