Nəqliyyat vasitəsinin qeydiyyatı üçün zəruri sənədlər Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilirsə, həmin sənədlər ərizəçidən tələb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sənədlərin müvafiq dövlət orqanından elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında tələb oluna bilər.
Bu halda sənədləri müvafiq dövlət orqanı və ya qurumu təqdim edir.
Ərizəçi istədiyi halda həmin sənədləri özü də təmin edə bilər.
Beləliklə, elektron sistemdə mövcud olan məlumatların vətəndaşdan ayrıca tələb edilməsinə yol verilmir.
