
Nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə həyata keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Müayinə üçün yerlər xüsusi avadanlıqlarla təchiz olunmalıdır. Dövlət qeydiyyatının aparılması, daimi uçota alınma və qeydiyyat sənədlərinin verilməsi ilə bağlı hərəkətlər fasiləsiz həyata keçirilməlidir. Dövlət rüsumunun və qanunda nəzərdə tutulan inzibati cərimənin ödənilməsi yalnız müəyyən edilmiş elektron və nağdsız ödəniş vasitələri ilə aparılmalıdır. Bu vasitələrə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və internet daxildir.
