Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemi müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu sistemə avtomobil yolları, nəqliyyat vasitələri və sürücülər barədə göstəricilər daxil edilir. Avtonom nəqliyyat vasitələrinin operatorları, yol hərəkəti sahəsində inzibati xətalar və yol-nəqliyyat hadisələri də vahid uçot sistemində nəzərə alınır. Yol-nəqliyyat zədələnmələri və digər müvafiq göstəricilər də bu sistemə daxildir. Sistem yol hərəkəti və onun təhlükəsizliyi barədə məlumatların vahid qaydada uçota alınmasına imkan verir.
