
Yolların yaxınlığında yerləşən xəstəxanalar və müalicə-profilaktika müəssisələri rabitə vasitələri ilə təchiz edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Həmin tibb müəssisələri tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunmalıdır. Yol-nəqliyyat hadisəsi barədə məlumatı qəbul etməməyə və hadisə yerinə vaxtında getməməyə yol verilmir. İxtisaslı tibbi yardım göstərməyən tibbi heyətin məsul şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
