Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri müəyyən tibbi təminatı yaratmalıdırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Belə nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri yaradırlar. Onlar həmçinin tibbi-sanitariya hissələri, poliklinika bölmələri və tibb müəssisələri yarada bilərlər. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə sürücülərə tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlamalıdırlar. Bu tələblər sürücülərin sağlamlığının qorunması məqsədi daşıyır.