Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi barədə qərar yolun mənsubiyyətindən asılı olaraq qəbul edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya özəl yolun sahibi qəbul edə bilər. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqan belə qərarın qəbul edilməsi barədə göstəriş verə bilər. Qərar olmadan hərəkətin məhdudlaşdırılması yalnız qanunda göstərilən xüsusi hallarda mümkündür. Bu hallara hərbi vəziyyət, fövqəladə hadisələr, dini ekstremizmə qarşı xüsusi əməliyyat və qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlər daxildir.