“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı təsdiqlənəcək. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Siyahını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin siyahıya qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatları daxil edilir. İnformasiyanın vahid elektron ehtiyatda inteqrasiyası nəzarət tədbirlərinin informasiya təminatını gücləndirir. Bununla müxtəlif məlumat bazalarından istifadə etməklə qeyri-formal məşğulluq hallarının müəyyənləşdirilməsi mümkün olur.
