Gənclərin, tələbə və şagirdlərin, onların valideynlərinin, işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün məsləhət xidmətləri göstərilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu xidmətlər müsahibə və testlər keçirilməklə şəxslərin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun peşə və ixtisas seçiminə yönəldilir. Həmçinin şəxslərin peşə maraqlarının formalaşdırılmasına kömək göstərilir. Məsləhət xidmətlərinin göstərilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.