İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi ilə gəlmiş şəxsləri işə qəbul etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Belə şəxslər işəgötürənə birbaşa müraciət etmiş şəxslərlə bərabər əsaslarla nəzərdən keçirilməlidirlər. İşəgötürən göndəriş təqdim edildikdən sonra boş iş yerinin tutulub-tutulmaması barədə qərar qəbul etməlidir. Bu qərar göndərişin təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində müvafiq elektron informasiya sisteminə daxil edilməlidir.

