Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti qanunvericiliklə tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu sahədə münasibətlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə və “Məşğulluq haqqında” qanuna uyğun müəyyən edilir. Həmçinin məşğulluq sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınır. Bu məsələlərin tənzimlənməsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr də əsas götürülür.

