Vəkilin mülki, kommersiya, inzibati, inzibati xəta və cinayət işləri üzrə nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar qanunvericiliklə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə məhdudiyyətlər müvafiq prosessual qanunvericilik və inzibati xətalar haqqında qanunvericiliklə tənzimlənir.
Vəkil hüquqi yardım göstərdiyi şəxsin və ya dövlət orqanının iddia obyekti olan əmlakını və hüquqlarını öz adına əldə edə bilməz.
Həmin əmlakın və hüquqların başqa şəxslər üçün alınması və ya başqa yolla əldə edilməsi də qadağandır.
Bu qayda vəkilin müştərinin əmlak və hüquqları ilə bağlı şəxsi maraq əldə etməsinin qarşısının alınmasına xidmət edir.