Vəkil hüquqi yardım göstərilməsi üçün zəruri olan arayışları, məlumatları və digər sənədləri dövlət orqanlarından, yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkil tələb etdiyi sənədlərlə tanış olmaq və onların surətlərini çıxarmaq hüququna da malikdir.
Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı yazılı sorğular da verə bilər.
Xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy və məlumat almaq mümkündür.
Vəkillər qanunvericilikdə nəzərdə tutulan qaydada texniki vasitələrdən də istifadə edə bilərlər.