Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi barədə qərar qəbul edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həmçinin müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edilməsi mümkündür.
Bu qərarlar Vəkillər Kollegiyasının ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən verilir.
Rəyasət Heyəti həmçinin Kollegiyaya daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edir.
Beləliklə, Kollegiyanın maliyyə və üzvlük ödənişləri ilə bağlı bir sıra məsələlərinin tənzimlənməsi Rəyasət Heyətinin səlahiyyətlərinə aid edilir.