Toplanılan və işlənilən fərdi məlumatların dəqiq və tam olması tələb olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Zərurət yarandıqda həmin məlumatlar təzələnməlidir. Məlumatların dəqiqliyi və tamlığı onların qanuni məqsədlər üçün düzgün istifadəsini təmin etməlidir. Bu tələb fərdi məlumatların toplanılması və işlənilməsi prosesinin əsas şərtlərindən biri kimi müəyyən edilir.

