
Fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi nəticəsində hüquqları pozulan subyekt müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Eyni hüquq fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və qanunun digər tələblərinə əməl olunmaması nəticəsində hüquqların pozulduğu hallarda da tətbiq edilir. Subyekt ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini də məhkəmə qaydasında tələb edə bilər. Bununla fərdi məlumatların qorunması ilə bağlı hüquq pozuntularına qarşı hüquqi müdafiə mexanizmi yaradılır. Şəxs öz hüquqlarının pozulması ilə bağlı həm inzibati, həm də məhkəmə müdafiəsi imkanlarından istifadə edə bilər.
