Fərdi məlumatlar açıq mənbələrdən ümumi istifadəli informasiya sistemlərinə daxil edildikdə operator bu barədə subyektə məlumat verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Operator daxil edilən məlumatların tərkibi barədə subyekti məlumatlandırmalıdır. Həmçinin həmin məlumatların hansı mənbədən əldə edildiyi subyektə bildirilməlidir. Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır. Beləliklə, şəxs barəsində açıq mənbədən əldə edilmiş məlumatların sistemdə saxlanılması və silinməsi üzərində müəyyən hüquqi təminatlar yaradılır.