Fərdi məlumatların yayılması onların media və informasiya sistemləri vasitəsilə açıqlanması və ya şəxslərin bu məlumatlarla başqa üsulla tanış olmasına imkan yaradılmasıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Qanunda fərdi məlumatların verilməsi də ayrıca anlayış kimi müəyyən edilib. Fərdi məlumatların verilməsi onların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarda və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsidir. Fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağa qoyulması isə bu məlumatlarla əlaqədar istənilən əməliyyatın dayandırılması deməkdir. Bununla yanaşı, fərdi məlumatların adsızlaşdırılması subyektin kimliyini müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması kimi müəyyən olunur.