
Vəkil üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə onun fəaliyyətinə xitam verilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunda üzvlük haqqının ödənilməməsi vəkilin fəaliyyətinə xitam verilməsi üçün əsaslardan biri kimi müəyyən edilib. Bu əsas yalnız ödənişin altı aydan artıq müddətdə və üzrsüz səbəbdən həyata keçirilməməsi halında tətbiq olunur. Vəkilin fəaliyyətinə xitam verilməsi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə həyata keçirilir. Rəyasət Heyətinin bu barədə qərarından da bir ay müddətində məhkəməyə şikayət verilə bilər.
