Vəkilin qanunun, digər normativ hüquqi aktların və etik davranış qaydalarının tələblərini pozması intizam məsuliyyətinə səbəb olur.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkilin il ərzində minimal icbari tədris saatlarını toplamaması da intizam məsuliyyətinə cəlb edilməyə əsas verir.
Vəkil yalnız Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.
Vəkil barəsində intizam tənbehi pozuntunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il müddətində tətbiq edilə bilər.
Vəkillər barəsində intizam icraatına Rəyasət Heyətində başlanır.

