Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanun vəkillə hüquqi yardım göstərilən şəxs arasındakı münasibətlərdə konfidensiallığın təmin edilməsini nəzərdə tutur. Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardım göstərilməsi üçün vəkillə təklikdə görüş və məsləhətləşmələrə lazımi şərait yaradılmalıdır. Belə görüşlər zamanı konfidensiallığın təmin olunması tələb edilir. Bu qaydalar hüquqi yardım alan şəxsin vəkillə sərbəst və məxfi ünsiyyət hüququnun qorunmasına yönəlib.

