Vəkillər hüquqi yardım göstərilməsi çərçivəsində dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyini həyata keçirə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanun vəkillərin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda da nümayəndəlik fəaliyyətində iştirak etməsinə imkan verir. Vəkillər hüquqi məsələlər üzrə şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar təqdim edə bilərlər. Onlar ərizə, şikayət və hüquqi xarakterli digər sənədlərin hazırlanmasını da həyata keçirirlər. Bundan əlavə, vəkillər fiziki və hüquqi şəxslərə, habelə dövlət orqanlarına digər növ hüquqi yardım göstərə bilərlər.

