Vəkil müdafiə və ya təmsil etdiyi şəxslə qanunvericiliklə müəyyən edilmiş qaydada təklikdə və maneəsiz görüşüb danışmaq hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu hüquq vəkilin hüquqi yardım göstərərkən müdafiə etdiyi şəxslə sərbəst ünsiyyətini təmin edən əsas təminatlardan biridir.
Vəkil hüquqi yardım üçün zəruri sənədlərin toplanması və müvafiq məlumatların əldə edilməsi ilə bağlı qanuni vasitələrdən istifadə edə bilər.
O, həmçinin xüsusi bilik tələb edən məsələlər üzrə ekspert və mütəxəssislərin rəy və məlumatlarından yararlana bilər.
Vəkilin bu hüquqları onun müstəqil fəaliyyət göstərməsi və müdafiə funksiyasını səmərəli həyata keçirməsi üçün nəzərdə tutulub.

