Vəkillər peşə hazırlığının və ixtisaslarının artırılması məqsədilə il ərzində icbari qaydada tədris tədbirlərində iştirak etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Tədris tədbirləri Ədliyyə Akademiyasının və ya digər tədris müəssisələrinin təşkil etdiyi proqramlar çərçivəsində keçirilə bilər.
Vəkillərin belə tədbirlərdə iştirakı Kollegiyanın ümumi yığıncağının müəyyən etdiyi müddətdən az olmamalıdır.
Peşə hazırlığının davamlı artırılması vəkillərin hüquqi yardım göstərilməsi üzrə bilik və bacarıqlarının yenilənməsinə imkan verir.
Bu tələb vəkillərin peşə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

