Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Həmin hüquqi şəxslər Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində də vasitəçilik edə bilərlər. İşədüzəltmədə vasitəçilik fəaliyyəti qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu tələbləri pozan hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.