Peşəyönümünə dair məsləhət xidmətləri çərçivəsində şəxslərə əmək bazarının vəziyyəti barədə məlumat təqdim olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Onlara əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar haqqında məlumat verilir. Mövcud peşə üzrə işlə təmin olunma və ya peşə hazırlığına cəlb olunma imkanları da izah edilir. Şəxsin bilik, bacarıq, səriştə və sağlamlıq vəziyyəti nəzərə alınmaqla iş yeri və peşə seçimində ona köməklik göstərilir.