Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar və vətəndaşlığı olmayan şəxslərin təsis etdiyi işəgötürənlər işçi qüvvəsinə olan tələbatı ilk növbədə yerli kadrlar hesabına ödəməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu tələb Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən işəgötürənlərə şamil olunur. İşəgötürənlər yerli kadrların hazırlanması vasitəsilə də öz tələbatlarını ödəməlidirlər. Rəhbər və mütəxəssis vəzifələri də bu qaydanın əhatə dairəsinə daxildir.

