Vəkillik fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü və qanunun aliliyi prinsipləri əsasında həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəkillərin müstəqilliyi və hüquqi yardım üçün müraciət edən şəxslərlə münasibətlərin könüllülüyü əsas şərtlərdəndir. Vəkillər fəaliyyətləri zamanı vəkil etikasının tələblərinə də riayət etməlidirlər. Vəkillik fəaliyyəti şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə olunması əsasında həyata keçirilir. Bu fəaliyyətin həyata keçirilməsi zamanı qanunla müəyyən edilmiş prinsiplərə riayət olunması tələb edilir.