Əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və DNT analizinin nəticələri biometrik məlumatlara daxildir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bədən ölçüləri, xüsusi əlamətlər və fiziki çatışmazlıqların təsviri, yazı xətti və imza da bu məlumatlar sırasındadır. Biometrik məlumatlar şəxsin kimliyini birmənalı müəyyənləşdirməyə imkan verən bioloji və digər xüsusiyyətləri əhatə edir. Fərdi məlumatların toplanılması və işlənilməsi ilə bağlı qanunda müəyyən edilmiş şərtlər biometrik məlumatlara da tam həcmdə tətbiq edilir.