Qanunvericiliklə fərdi məlumatların məcburi toplanılması və işlənilməsi nəzərdə tutulan hallar istisna olmaqla, bu məlumatların toplanılmasına yalnız subyektin razılığı ilə yol verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Razılıq yazılı formada və ya gücləndirilmiş elektron imzalı elektron sənəd şəklində verilə bilər. Həmçinin subyektin özü tərəfindən yazılı təqdim etdiyi məlumatlar əsasında da onların toplanılmasına və işlənilməsinə yol verilir. Bununla fərdi məlumatların istifadəsi üçün şəxsin iradəsinin əsas götürülməsi prinsipi müəyyən edilir. Məcburi toplanılma və işlənilmə halları isə qanunvericiliklə ayrıca müəyyən olunur.
