Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsi bir sıra tədbirləri əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu tədbirlər sırasında milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması və təhlükəsizliyinin təmin olunması yer alır. Həmçinin bu sahədə təhdidlərin və mühafizə səviyyəsinin qiymətləndirilməsi dövlət tənzimləməsinin əsas formalarından biridir. Fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi əsaslarının müəyyən edilməsi də dövlət tənzimləməsinə daxildir. Bu proseslər zamanı əsas insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi də dövlətin tənzimləmə istiqamətlərindən biridir.