Abşeronda meyit tapılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gölün ərazisində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.