Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin beş üzvü xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) noyabrın 2-də saat 06:00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir.
