Əhalinin müvəqqəti məşğulluğunun təmin edilməsi elektron əmək birjaları vasitəsilə həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Elektron əmək birjaları əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında təşkil edilir. Bu sistem vasitəsilə işaxtaran və işsiz şəxslərin mövcud iş imkanları barədə məlumat əldə etməsinə şərait yaradılır. Elektron əmək birjalarının təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.