İşəgötürənlər istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş işçilərin işə düzəlməsi üçün tədbirlər görməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu öhdəlik nəticədə əlilliyi olan işçilərə də şamil edilir. İşəgötürənlər həmin şəxslərin işə düzəlməsi üçün iş yerləri ayırmalı və ya yeni iş yerləri təşkil etməlidirlər. Müvafiq tələb “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun müddəalarına uyğun müəyyən edilir.

