İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Reyestr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən aparılır. Reyestrin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər də həmin orqan tərəfindən müəyyən edilir. İşaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik edən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları müəyyən edilmiş qaydada təqdim etməlidirlər.