Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar vəkil sirrini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Həmçinin hüquqi yardım üçün müraciət faktı, müqavilənin bağlanılması və onun mətni, müraciətin mahiyyəti və hüquqi xidmətdən imtinanın əsasları da vəkil sirrinə daxildir.
Vəkildən imtina edilməsi vəkil sirrinin açıqlanması üçün əsas sayıla bilməz.
Vəkil sirrini təşkil edən məlumatların vəkillərdən, vəkil köməkçilərindən və vəkil qurumlarından tələb edilməsi yolverilməzdir.
Bu məlumatların qorunması fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş vəkillərə də onların vəkil kimi fəaliyyət göstərdikləri dövr üzrə şamil olunur.