Vəkil orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən verilən və müəyyən hüquqi yardım və təmsilçilik səlahiyyətlərini təsdiq edən sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Order tapşırıq üzrə təhqiqat, istintaq, prokurorluq orqanında və ya məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardım göstərilməsini təsdiq edir.
Dövlət hesabına hüquqi yardımla bağlı order müvafiq qərar və ya hüquqi yardım müqaviləsi əsasında verilir.
Müqavilə əsasında verilən order vəkil qurumunun və ya fərdi vəkilin möhürü ilə təsdiqlənir və üzərində order markası olur.
Orderin və order markasının forması, hazırlanması, istifadəsi və order markasına görə ödənişin məbləği Kollegiyanın ümumi yığıncağı tərəfindən müəyyən edilir.