Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Kollegiyanı təmsil edir və onun adından çıxış edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sədr Rəyasət Heyətinin işini təşkil edir və onun aparatının fəaliyyətinə rəhbərlik edir.
O, Rəyasət Heyətinin iclaslarına sədrlik edir.
Sədr həmçinin qanunda nəzərdə tutulan hallarda kollegiyaya qəbul və vəkillərin Kollegiyadan xaric edilməsi ilə bağlı məsələləri iclaslarda baxılması üçün hazırlayır və təqdim edir.
Bundan başqa, sədr Rəyasət Heyəti aparatının işçilərinin işə qəbul və işdən azad edilməsini həyata keçirir.